"Hindistan və Azərbaycan arasında yaxın dostluq münasibətləri mövcuddur".
APA-nın xəbərinə görə, bunu Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana deyib.
Səfirin sözlərinə görə, ölkələr siyasi, ticarət və investisiya, təhsil və mədəni sahələr daxil olmaqla bir çox sahələrdə fəal əməkdaşlıq edir: "Gələn il Azərbaycan və Hindistan arasında hökumətlərarası komissiyanın iclası keçiriləcək. İclas Hindistanda baş tutacaq ".
Səfir vurğulayıb ki, Hindistan və Azərbaycan bir-biri ilə güclü, fəal və qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirmək niyyətinə sadiqdir.