Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.
APA-nın məlumatına görə, Ş. Mirziyoyev İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Ş. Mirziyoyeva minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildiriblər.