Bank Of Baku

Səfir: “Gələn il Cakartada Azərbaycan Dil Mərkəzi fəaliyyətə başlayacaq”

Səfir: “Gələn il Cakartada Azərbaycan Dil Mərkəzi fəaliyyətə başlayacaq”
# 20 dekabr 2017 17:08 (UTC +04:00)

"2017-ci ildə Azərbaycan və İndoneziya arasında xüsusilə iqtisadi və mədəniyyət sahələrində əlaqələr 2015-16-cı illərlə müqayisədə daha yüksək inkişaf edib".

 

APA-nın xəbərinə görə, bunu İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fanani deyib.

 

İl ərzində idxal və ixracata dair qeydə alınan statistik rəqəmlərin də bu inkişafın əsas göstəricisi olduğunu deyən səfir bildirib ki,  2015-16-cı illərdə bu rəqəm 19 milyon idisə, cari ildə bu həcm 46 milyon dollar səviyyəsinə çatıb.

 

Azərbaycan və Indoneziya  arasında əlaqələrin inkişafında Azərbaycanlı gənclərin rolunu xüsusi vurğulayan səfir deyib ki, 2018-ci ildə  İndoneziya Azərbaycanda əsasən təhsil sahəsində əlaqələri genişləndirməyə çalışacaq: "Gələn il  Cakartada Azərbaycan Dil Mərkəzi fəaliyyətə  başlayacaq. Gələn ilin sentyabr-oktyabr aylarında Azərbaycanda İndoneziya mədəniyyət  günləri  keçirməyi də  planlaşdırırıq. Eyni zamanda  qarşılıqlı səfərlər, iş adamları arasında qarşılıqlı əməkdaşlıq, təqaüd proqramlarının həyata keçirilməsinə çalışacağıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR