Bank Of Baku

Səməd Seyidov: “Yeni məruzəçiyə dedik ki, insan haqlarından Azərbaycana təzyiq aləti kimi istifadə etmək mümkün deyil”

Səməd Seyidov: “Yeni məruzəçiyə dedik ki, insan haqlarından Azərbaycana təzyiq aləti kimi istifadə etmək mümkün deyil”
# 27 iyun 2018 14:58 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iyunun 26-da AŞPA-da islandiyalı Thorhildur Sunna Evarsdottirin Hüquq məsələləri və insan haqları komitəsində “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin edilməsinə münasibət bildirib.

 

S. Seyidov APA-nın Avropa müxbirinə açıqlamasında deyib ki, yeni məruzəçi ilə söhbətləri olub.

 

“Biz ona dedik ki, siz insan haqlarının müdafiəsi üçün gəlirsinizsə, xoş gəlirsiniz. İnsan haqlarından bir alət kimi istifadə edib Azərbaycana təzyiq göstərmək istəyirsinizsə, bu, mümkün olan şey deyil. Bununla bağlı mən məruzəçi ilə söhbət etmişəm. Əminəm ki, bununla bağlı işlərimizi davam etdirəcəyik”,- deyə S. Seyidov qeyd edib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR