Xocavənd. Teymur Zahidoğlu - APA. Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç Xocavənd rayonunda səfərdə olub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, diplomat Rayon İcra Hakimiyyətində rəsmi şəxslərlə görüşdükdən sonra şəhid ailələrini ziyarət edib. Daha sonra rayonda yaşayan və ailəsini tərk edib getməyən erməni xanım Jenya Zeynalova (Asoyan) ilə görüşüb, onun yaşayış tərzi ilə maraqlanıb.
Z.Vayoviç jurnalistlərlə söhbətində Xocavənd rayonuna ilk dəfə gəldiyini deyib. Diplomatın sözlərinə görə, o, yol boyu yerli əhalinin yaşayış tərzi ilə maraqlanıb. Daha çox məcburi köçkünlərin həyat şəraiti ilə maraqlandığını bildirən qonaq, əsas məqsədinin Qarabağ haqda həqiqətləri öz gözləri ilə görməkdən ibarət olduğunu deyib: «Burada yerli əhalinin, məcburi köçkünlərin necə yaşamasını, onların həyat tərzini öyrənməkdə çox maraqlı idim. Yerli icra hakimiyyətinin başçısı ilə görüşdüm. O, mənə Qarabağ müharibəsi haqda bəzi şeyləri danışıb. Çox əhəmiyyətli məlumatlar aldım. Serbiyanın səfiri olaraq Azərbaycan torpaqlarının bütövlüyünü dəstəkləyirəm və Qarabağ müharibəsinin beynəlxalq səviyyədə sülh yolu ilə həll olunmasını istəyirəm».
«Serbiya Qarabağ münaqişəsinin həlli məsələsində beynəlxalq qanunları dəstəkləyir və konfliktin beynəlxalq hüquq normaları çərçivəsində həllini istəyir», - deyən Z.Vayoviçin Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəsinin mövqeyinin də birmənalı olduğunu bildirib.
Serbiyanın Azərbaycandakı səfiri Xocavənd rayonunda səfərdə olub - FOTO - VİDEO
21 sentyabr 2013 14:36 (UTC +04:00)
Xarici siyasət
ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır
22:58
13 may 2024
Azərbaycan və Ukrayna XİN rəhbərləri strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib - YENİLƏNİB
22:08
13 may 2024
Azərbaycanla Qazaxıstan arasında dənizçilərin diplomları qarşılıqlı tanınacaq
13:50
13 may 2024
Avropa Parlamentinin nümayəndəsi Şəhidlər xiyabanını ziyarət edib
13:42
13 may 2024