Gürcüstan vətəndaşlarının 73%-i ölkəsi üçün əsas siyasi təhdid olaraq Rusiyanı görür.
APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Respublika İnstitutu (IRI) tərəfindən keçirilən sorğunun nəticələrində qeyd edilib.
Cari ilin fevralın 22-dən martın 8-dək keçirilən sorğu 1 501 nəfər Gürcüstan vətəndaşını əhatə edib.
Respondentlərin 57%-i Rusiyaya iqtisadi risk gözü ilə baxır. Sorğu iştirakçılarının yalnız 16%-i Rusiyanı əsas siyasi tərəfdaş hesab edir.
Maraqlıdır ki, respondentlərin 42%-i Avropa İttifaqını, 33%-i ABŞ-ı, 29%-i Azərbaycanı, 28%-i Ukraynanı, 14%-i Türkiyəni, 12%-i Ermənistanı əsas tərəfdaş olaraq görür.
Əhalinin yalnız 7%-i ABŞ-ı, 2%-i isə Avropa İttifaqını siyasi risk mənbəyi hesab edir.