Bank Of Baku

Türkiyənin baş naziri Azərbaycan prezidentinə Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinə dəstəyinə görə təşəkkür edib

Türkiyənin baş naziri Azərbaycan prezidentinə Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişinə dəstəyinə görə təşəkkür edib
# 29 oktyabr 2017 16:29 (UTC +04:00)

Türkiyənin baş naziri Binəli Yıldırım Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin uğurla başa çatması ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan baş naziri Giorgi Kvirikaşviliyə zəng açıb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, B. Yıldırım Azərbaycan prezidenti və Gürcüstan baş nazirinə Bakı-Tbilisi-Qars dəmir yolu verdikləri dəstəyə görə təşəkkür edib.

 

Türkiyənin baş naziri Bakı-Tbilisi-Qars dəmir yolunun xeyirli olmasını arzu edib.

 

Qeyd edək ki, sabah Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın baş nazirinin iştirakı ilə  Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimi keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR