Bank Of Baku

Xaricdəki səfirliklərin bəzi əməkdaşlarının gəlir vergisindən azad edilməsini nəzərdə tutan qanun qəbul olunub

Xaricdəki səfirliklərin bəzi əməkdaşlarının gəlir vergisindən azad edilməsini nəzərdə tutan qanun qəbul olunub
# 01 dekabr 2017 09:55 (UTC +04:00)

Azərbaycanın xaricdəki səfirlik və konsulluqlarında çalışan ticarət nümayəndələri və onların aparat işçiləri rəsmi məşğulluqdan olan gəlir vergisindən azad edilir.

 

APA-Economics”in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

 

Onun sözlərinə görə, bununla bağlı Vergi Məcəlləsinin 102-ci (Gəlir vergisindən azadolmalar və güzəştlər) maddəsinə əlavələr edilir.

 

Maddənin birinci hissəsində gəlir vergisindən azad edilənlər sırasına “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri və onların aparatlarının işçilərinin rəsmi məşğulluğundan olan gəlir” də əlavə edilir.

 

Layihə səsə qoyularaq qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR