"Konvensiyada Xəzər dənizində ölkələrin bir-birinin təhlükəsizliyinə xələl gətirməmək prinsipi əksini tapıb. Bu sahədə sazişlər olacaq. Onlardan biri üzrə razılaşma aparırıq. Bu, insidentlərin aradan qaldırılmasına dair birgə fəaliyyətdir".
APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusuna dair işçi qrupunun Azərbaycandan olan üzvü Xələf Xələfov deyib.
Nazir müavini bildirib ki, Xəzər 5 ölkənin hüququ və yurisdiksiyası olan su hövzəsidir.
"Təhlükəsizlik və sabitlik məsələsi də məhz bu ölkələrə tərəfindən həyata keçirilməlidir. Hər hansı dövlət hərbi gücünü artırırsa, balansı saxlamalıdır", - deyə o qeyd edib.