XİN-in rəhbər heyəti və kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

XİN-in rəhbər heyəti və kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
# 08 iyul 2016 10:19 (UTC +04:00)

Bakı-APA. Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti və kollektivi diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə iyulun 8-də Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.

XİN mətbuat xidmətindən APA-ya bildirilib ki, əməkdaşları daha sonra Şəhidlər Xiyabanı ziyarət ediblər, “Əbədi məşəl” abidəsinin önünə əklil və gül dəstələri qoyulub.

Qeyd edək ki, 1919-cu il iyul ayının 9-da Azərbaycan Demokratik Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq prezident İlham Əliyev hər il 9 iyul tarixinin Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında 24 avqust 2007-ci ildə Sərəncam imzalayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR