Bank Of Baku

Azərbaycan XİN: Səudiyyə Ərəbistanına raket hücumunu qınayırıq

Azərbaycan XİN: Səudiyyə Ərəbistanına raket hücumunu qınayırıq
# 07 noyabr 2017 09:38 (UTC +04:00)

”Biz Səudiyyə Ərəbistanı Krallığına qarşı raket hücumunu qınayırıq”.

 

Bu sözləri APA-nın sorğusuna cavabında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, bu cür neqativ hallar regionda onsuz da gərgin olan vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər: “Biz regionda davamlı sülhün və müəyyənliyin təmin olunması üçün siyasi-diplomatik səylərin daha da artırılmasına çağırırıq”.

 

Qeyd edək ki noyabrın 4-də Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemi Ər-Riyadın şimal-şərqində ballistik raketi zərərsizləşdirib. “Al-Arabia” kanalının yaydığı məlumata görə, raket Yəməndəki üsyançılar tərəfindən atılıb. Bildirilir ki, hücumun qarşısı vaxtında alınıb və əhali arasında xəsarət alan yoxdur. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR