Bank Of Baku

XİN rəhbərinin müavini: "Azərbaycan-Macarıstan əməkdaşlığı daha da gücləndirilməlidir"

XİN rəhbərinin müavini: "Azərbaycan-Macarıstan əməkdaşlığı daha da gücləndirilməlidir"
# 24 oktyabr 2017 21:40 (UTC +04:00)

"Bu gün Macarıstan Azərbaycan üçün yaxın dost ölkədir". APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Macarıstanın Milli Günü münasibətilə keçirilən tədbirdə deyib.

 

M. Məmmədquliyev bildirib ki, Azərbaycan və Macarıstan arasında tarixi kökə məxsus olan əlaqələr yüksək səviyyədədir.

 

O qeyd edib ki, Macarıstan Azərbaycanın Avropa İttifaqı (Aİ)  ilə münasibətlərində müsbət rol oynayır: "Əminəm ki, bu dəstək gələcəkdə də davam etdiriləcək".

 

"İki ölkə arasında iqtisadi, mədəni sahədə əməkdaşlıq uğurla inkişaf edir. Kənd təsərrüfatı sahəsində də Macarıstanın təcrübəsi bizə maraqlıdır. Azərbaycan hazırda  müstəqildir və düşünürəm ki, iki ölkə arasında əməkdaşlıq daha da gücləndirilməlidir", - deyə nazir müavini əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR