Bank Of Baku

XİN Stokholmda hadisədə zərər çəkənlər arasında azərbaycanlıların olub-olmaması məsələsini araşdırır

XİN Stokholmda hadisədə zərər çəkənlər arasında azərbaycanlıların olub-olmaması məsələsini araşdırır
# 07 aprel 2017 16:26 (UTC +04:00)

"Stokholmda baş vermiş hadisədə ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsi İsveçdəki səfirliyimiz tərəfindən bu ölkənin müvafiq orqanları vasitəsi ilə araşdırılır".

 

Bunu APA-ya Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

 

Qeyd edək ki, Stokholmda yük maşınını idarə edən sürücü avtomobili insanların üstünə sürüb. Hadisə nəticəsində hələlik 3 nəfərin öldüyü, çoxsaylı yaralının olduğu deyilir.

 

Hadisəni törədən şəxs saxlanılıb. İsveçin baş naziri Stefan Loven əlamətlərə görə hadisənin terror aktı olmasının ehtimal edildiyini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR