Bank Of Baku

Yaponiya İmperatorunun ad günü münasibətilə Bakıda ziyafət təşkil edilib

Yaponiya İmperatorunun ad günü münasibətilə Bakıda ziyafət təşkil edilib
# 05 dekabr 2017 16:23 (UTC +04:00)

Bu gün Yaponiya İmperatorunun ad günü münasibətilə Bakıda ziyafət təşkil edilib.

 

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori bildirib ki, dekabrın 23-də İmperatorun 84 yaşı olur.

 

Bu il Yaponiya  və Azərbaycan arasında  diplomatik əlaqələrin 25-ci ildönümünün qeyd edildiyini vurğulayan səfir deyib ki, bu dövr ərzində iki ölkə arasındakı münasibətlər davamlı şəkildə inkişaf edib, ayrı-ayrı sahələrdə əməkdaşlıq münasibətləri inkişaf edib.

 

Səfir qeyd edib ki, dekabrın 1-dən Azərbaycanın ümumvətəndaş pasportunun sahibləri  üçün vizanın verilməsi şərtlərinin asanlaşdırılmasına başlanılıb: "Azərbaycan və Yaponiya  xalqları arasında qarşılıqlı səfərlərin artırmasını, dostluq əlaqələrinin daha da dərinləşməsini arzu edirəm".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR