"Deyə bilərəm ki, biz nəinki razılaşma əldə edəcəyik, həm də sabah günorta final bəyannaməsini imzalayacağıq”.
APA-nın məlumatına görə, bunu Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində təşkil olunmuş press-tur iştirakçıları ilə görüşündə deyib.
"Şərq tərəfdaşlığı" zirvə toplantısının yekun bəyannaməsinin razılaşdırılması ilə bağlı müzakirələrin uzanmasına toxunan Y. Hanın sözlərinə görə, sammitlərin xüsusiyyəti belədir ki, final bəyanatı ən son ana kimi müzakirə olunur: "Final bəyannaməsini imzalayacağıq.
Bu, əlbəttə, hamını 100 faiz məmnun etmir, amma belə bəyannamələrin təbiəti belədir ki, 34 ölkələrin marağını ifadə edir. Bunlar Avropa İttifaqına üzv olan 28 dövlət və 6 "Şərq tərəfdaşlığı" ölkəsidir".