Bank Of Baku

XİN: Azərbaycanın Livandakı səfirliyinin heyəti qismən təxliyə olunub - YENİLƏNİB

XİN: Azərbaycanın Livandakı səfirliyinin heyəti qismən təxliyə olunub - YENİLƏNİB
# 17 oktyabr 2024 18:43 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Livandakı səfirliyimizin təhlükəsizlik səbəbi ilə boşaldılmasına dair yayılan xəbərlərə münasibət bildirib.

XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir.

“Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir, ancaq heyət qismən təxliyə olunub”, - o vurğulayıb.

Firuzə Vahid

***

18:22

Azərbaycanın Livanın paytaxtı Beyrut şəhərindəki səfirliyi təxliyə edilib.

APA xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, səfirlik təhlükəsizlik səbəbi ilə boşaldılıb.

Lamiyə Şirinova

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR