Bank Of Baku

XİN: Azərbaycanla Aİ arasında sazişin mayın 13-də imzalanması nəzərdə tutulmayıb

XİN: Azərbaycanla Aİ arasında sazişin mayın 13-də imzalanması nəzərdə tutulmayıb
# 23 aprel 2019 16:25 (UTC +04:00)

Azərbaycanla Avropa İttifaqı arasında sazişin məhz mayın 13-də imzalanması nəzərdə tutulmayıb.

Bu sözləri ONA-ya açıqlamasında XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib.

“Çünki, ölkəmizlə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək saziş üzrə danışıqlar hələ ki, davam etdirilir”,- deyə o bildirib.

Qeyt edək ki, bu gün parlamentin iclasında Milli Məclisin spikeri Oqtay Əsədov Azərbaycanla Aİ arasında yeni sazişin mayın 13-də imzalanacağının nəzərdə tutulduğunu deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR