XİN: Ermənistan Azərbaycanda 500-dən çox canlı təbiət növünü risk altında qoyub

XİN: Ermənistan Azərbaycanda 500-dən çox canlı təbiət növünü risk altında qoyub
# 12 aprel 2024 15:22 (UTC +04:00)

Ermənistan tərəfindən meşə ərazilərində, o cümlədən 1991-ci ildə bu ölkənin qeyri-qanuni işğalına qədər qorunan təbiət qoruqlarında ekoloji cəhətdən məsuliyyətsiz və qeyri-qanuni tikinti və mədən fəaliyyəti ilə geniş şəkildə meşələrin qırılması, davamlı surətdə ağacların kəsilməsi və çirklənməsi ilə bağlı fəaliyyət Azərbaycanda 500-dən çox canlı təbiət növünü risk altında qoyub.

APA xəbər verir ki, bu fikirlər Haaqa Sülh Sarayında "Avropanın Vəhşi Təbiəti və Təbii Yaşayış Yerlərinin Mühafizəsi üzrə Bern Konvensiyası"na əsasən dövlətlərarası arbitraj çərçivəsində Azərbaycanın iddiası üzrə ilk rəsmi məhkəmə prosesində səsləndirilib.

Həmçinin qeyd olunub ki, bugünədək Ermənistan öz ərazisindən Azərbaycan ərazisinə axan transsərhəd çayları çirkləndirməklə ərazilərimizdə biomüxtəlifliyə və canlı təbiətə zərər vurmağı davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR