Bank Of Baku

XİN: Odessada gəmiyə dron hücumu olub, Azərbaycan vətəndaşı olan gəmi kapitanı itkin düşüb, 11 vətəndaşımız sahilə çıxarılıb

XİN: Odessada gəmiyə dron hücumu olub, Azərbaycan vətəndaşı olan gəmi kapitanı itkin düşüb, 11 vətəndaşımız sahilə çıxarılıb
# 15 iyul 2026 00:01 (UTC +04:00)

Ukraynanın Odessa sahilləri yaxınlığında Azərbaycan vətəndaşlarının olduğu mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə iyulun 14-də yerli vaxtla saat 15:15 radələrində baş verib. Türkiyənin Okean Maritime şirkətinə məxsus “Atlas Bey” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.

Gəminin ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşıdır.

Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıblar. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür.

Azərbaycanın Ukraynadakı Səfirliyi aidiyyəti qurumlarla daimi əlaqə saxlayır və Azərbaycan vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR