XİN rəhbəri Avstraliya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib

XİN rəhbəri Avstraliya vətəndaşlarının İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür edib
# 20 iyun 2025 10:59 (UTC +04:00)

20 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Avstraliyanın xarici işlər naziri Penni Vonq arasında telefon danışığı aparılıb.

XİN-dən APA-ya verilən xəbərə görə, telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Avstraliyanın xarici işlər naziri ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi planları barədə məlumat verib və Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıb, iki ölkə Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr mexanizminin əhəmiyyətini vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR