Bank Of Baku

XİN rəhbəri: Azərbaycan və Gürcüstanın iştirakı ilə bölgədə qlobal miqyaslı layihələr həyata keçirilir

XİN rəhbəri: Azərbaycan və Gürcüstanın iştirakı ilə bölgədə qlobal miqyaslı layihələr həyata keçirilir
# 16 yanvar 2025 17:11 (UTC +04:00)

“Sevindirici hal ondan ibarətdir ki, ölkələrimizin iştirakı ilə bölgədə qlobal miqyaslı layihələr həyata keçirilir”.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu layihələrin daha geniş coğrafiyanın enerji xəritəsinin dəyişməsində rolu olub və olacaq: “Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizini xüsusi olaraq qeyd etməliyik. Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona qaldırılıb. Bu, nəinki iki ölkə arasında olan ticarət dövriyyəsinin artırılması, eyni zamanda, onun rəqabət qabiliyyətinin artırılması üçün önəmli layihədir. Bu layihələr tarixidir və uzun illər ərzində icra olunur. Həm ölkələrimizə, həm də daha geniş coğrafiyaya fayda verir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR