Bank Of Baku

XİN rəhbəri Azovda yük gəmisinə hücumdan danışıb, Azərbaycan vətəndaşlarına çağırış edib

XİN rəhbəri Azovda yük gəmisinə hücumdan danışıb, Azərbaycan vətəndaşlarına çağırış edib
# 08 iyun 2026 16:56 (UTC +04:00)
0:00 / 0:00
80%

Hər müharibə çox ciddi riskləri özündə ehtiva edir və onu bir coğrafiya və ya qaydalar daxilində proqnozlaşdırmaq mümkünsüzdür.

APA xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türkiyə–Azərbaycan–Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan dövləti hər zaman savaşın dayandırılması, onun diplomatik həllinin tapılması, ən azından ilkin mərhələdə atəşkəsin əldə edilməsi, daha sonra davamlı sülhə nail olunması üçün addımların önəmini qeyd edib: “Biz bu gün Rusiya-Ukrayna müharibəsinin coğrafiyasının genişlənməsinə şahid oluruq, bunun faciəvi təsirlərini izləyirik. Üç gün bundan öncə 2 yük gəmisinə edilən dron hücumu nəticəsində 4 nəfər Azərbaycan vətəndaşı həlak olub, 4 nəfər isə yaralanıb. Bu savaş davam etdikcə belə hallardan heç kim sığortalanmayıb. Hərbi münaqişələrin dayandırılması çox önəmlidir. Bu, ilk olaraq münaqişə tərəfləri üçün böyük fəlakətlər gətirir, eyni zamanda, daha geniş coğrafiyada qonşu ölkələrə, region ölkələrinə və qlobal mənada ciddi təhdid yaradır”.

Nazir həm Azərbaycan vətəndaşlarını hərbi münaqişə zonalarından uzaq durmağa, orada təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyə çağırıb.

“Mütəmadi şəkildə Azərbaycan XİN olaraq belə çağırışlar edirik”, - Ceyhun Bayramov əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR