Bank Of Baku

XİN rəhbəri: Ermənistan sülh sazişi layihəsindən bir neçə önəmli məqamı çıxarıb, Azərbaycan da cavab təkliflərini təqdim edəcək

XİN rəhbəri: Ermənistan sülh sazişi layihəsindən bir neçə önəmli məqamı çıxarıb, Azərbaycan da cavab təkliflərini təqdim edəcək
# 02 sentyabr 2024 13:25 (UTC +04:00)

Biz Ermənistan Baş nazirindən son mətbuat konfransında çox saylı təhrifli fikirlər eşitdik.

APA xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə mətbuat konfransında bildirib.

Nazir deyib ki, Azərbaycan bu il 24 iyun tarixində sülh sazişi layihəsi ilə bağlı öz cavablarını Ermənistana təqdim edib: “Təxminən 70 gün sonra Baş nazirin mətbuat konfransından 1 neçə saat öncə Ermənistan Azərbaycana öz versiyasını geri qaytarıb. Onların təqdim etdiklərin mətnin layihəsindən bir neçə önəmli məqam çıxarılıb. Önəmli məqamlara saziş layihəsində yer ayrılmayıb və bizə məsələnin həllinin bu olduğu deyilib. Bizim Ermənistan tərəfinə tövsiyəmiz ondan ibarətdir ki, onlar bu məsələlərə daha ciddi yanaşsınlar. Biz yaxın müddət ərzində beynəlxalq hüquqa əsaslanan və bizim milli maraqlara cavab verən versiyanı Ermənistana təqdim edəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR