Yeni Kaledoniya nümayəndəsi: Azərbaycanla əməkdaşlıq uğurla həyata keçirilir

Yeni Kaledoniya nümayəndəsi: Azərbaycanla əməkdaşlıq uğurla həyata keçirilir
# 18 aprel 2024 12:27 (UTC +04:00)

Bakı Təşəbbüs Qrupunun səyləri nəticəsində Azərbaycan və Yeni Kaledoniya arasında əməkdaşlıq uğurla həyata keçirilir.

APA-nın məlumatına görə, bu fikirləri Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri Neysselin Omayra jurnalistlərə deyib.

O vurğulayıb ki, təmsil etdiyi qurumun nümayəndə heyəti ilə Bakı Təşəbbüs Qrupunun təmsilçiləri arasındakı müzakirələrdə əməkdaşlığın önəmli parametrləri, o cümlədən gələcək üçün perspektivlər müzakirə edilib: "Fikrimcə, bizim aramızda son dərəcə faydalı müzakirələr baş tutdu, birgə qarşılıqlı layihələri dəyərləndirdik. Müzakirələrimiz yalnız siyasi, sosial, iqtisadi və ekoloji deyil, həm də gənclərlə qarşılıqlı faydalı tərəfdaşlıq məsələlərini də əhatə etdi. Gənclərə dəstək xarakteri daşıyan xüsusi tədbirlərin keçirilməsinə dair müsbət fikirlərimizi bölüşdük".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR