Bank Of Baku

Yeni təhlükəsizlik strategiyası: ABŞ Cənubi Qafqazda normallaşma üçün diplomatik səyləri dəstəkləyəcək

Yeni təhlükəsizlik strategiyası: ABŞ Cənubi Qafqazda normallaşma üçün diplomatik səyləri dəstəkləyəcək
# 13 oktyabr 2022 15:40 (UTC +04:00)

ABŞ Cənubi Qafqazda normallaşma üçün diplomatik səyləri dəstəkləyəcək.

APA xəbər verir ki, bu barədə Bayden-Harris administrasiyasının yeni Milli Təhlükəsizlik Strategiyasında bildirilib.

Yeni strategiyada qeyd olunub ki, ABŞ Ukraynanı dəstəklədiyi kimi, digər demokratiyaların da stabilliyini və dayanıqlılığını gücləndirmək üçün çalışacaq.

“Biz Gürcüstan və Moldovanın Avropaya inteqrasiyasını və onların mühüm institusional islahatlara sadiqliyini dəstəkləyəcəyik. Tərəfdaşlarımıza güclənməyə kömək edəcəyik. Qərbi Balkanlarda demokratik institutların gücləndirilməsini, qanunun aliliyini və iqtisadi inkişafına kömək edəcəyik. Biz Cənubi Qafqazda münaqişənin həllinə yönəlmiş diplomatik səyləri dəstəkləyəcəyik”, - sənəddə deyilir.

Milli Təhlükəsizlik Strategiyasında o da qeyd olunub ki, ABŞ Türkiyənin Qərblə strateji, siyasi, iqtisadi və institusional əlaqələrini gücləndirməsi üçün bu ölkə ilə təmaslara davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR