Zahid Oruc beynəlxalq missiyalara səslənib: O torpaqların tarixi sahibi olan azərbaycanlılar Zəngəzur yolunu açacaq

Zahid Oruc

© APA | Zahid Oruc

# 23 fevral 2024 12:13 (UTC +04:00)

“Nikol Paşinyan 19 fevralda Münxen sammiti proqramında “Təşəkkür” medalı ilə təltif etdiyi Avroparlamentin Təhlükəsizlik Komitəsinin sədri, Azərbaycana qarşı şəbəkənin əsas simalarından olan Natali Luazo bəyan etdi ki, onların əsas məqsədi bölgədə yerləşdirdikləri Avromissiyanın fəaliyyətidir. Bəli, strateji hədəf NATO-nun hərbi qüvvələrini regiona müdaxiləsi üçün zəmin hazırlamaqdır və 12 fevral tarixində sərhəddəki insidentin səbəbi məhz Zəngəzur dəhlizinə Qərbin hərbi korpusunu gətirməkdir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında parlamentin komitə sədri Zahid Oruc deyib.

Zahid Oruc Avropa İttifaqının Ermənistandakı səfiri Vasili Maraqosun fevralın 12-də verdiyi müsahibəyə də toxunub: “Vasili Maraqos müsahibəsində deyir ki, Syunik Ermənistanın təhlükəsizliyi üçün çox vacib bölgədir və xariclə əlaqəni təmin etmək strateji yoldur. Biz həmin bölgənin təhlükəsizliyi üçün 110 milyon avro vəsait ayırmışıq.

Sual olunur: Ölkəmiz nə vaxt həmin əraziləri müharibə yolu ilə alacağını bəyan edib ki, Avropa Birliyi belə böyük vəsaitləri Zəngəzura yatırır? Artıq Rusiya ilə yanaşı, İran, ABŞ və Avropa Birliyinin missiyaları biznes şirkətləri və digər çətirlər altında Zəngəzur mahalında yerləşib. Lakin unutmayaq ki, Avropa Birliyinin missiyalarının Bosniyada 20 il, Gürcüstanda 13 il, Liviyada 13 illik fəaliyyəti sülhə deyil, münaqişələri idarə etməklə ölkələrin iqtisadi sərvətlərini sümürməyə yönəlmişdi. Ona görə də bütün beynəlxalq missiyalar unutmasınlar: o torpaqların tarixi sahibləri olan azərbaycanlılar Zəngəzur yolunu açacaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR