Zaqatalada ana və üç yaşlı övladı itkin düşüb - FOTO - VİDEO

Zaqatalada ana və üç yaşlı övladı itkin düşüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 08 sentyabr 2014 15:21 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala rayonunda qadın üç yaşlı övladı ilə birgə itkin düşüb. Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Car kənd sakini Samirat Nurəddin qızı Qarayeva avqustun 14-də RPŞ-yə yazılı müraciət edərək bildirib ki, Çökək kəndində ərdə olan qızı - 1991-ci il təvəllüdlü Ruqiyyət Şaban qızı Quliyeva və onun azyaşlı övladı 2011-ci il təvəllüdlü Üneysət Rövşən qızı Quliyava avqust ayının 12-si tarixində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Avqustun 14-dən onların axtarışına başlanılıb. Hazırda axtarışlar davam etdirilir. Samirat Qarayevanın APA-ya verdiyi məlumata görə, qızı ailə qurduqdan sonra əri Rövşən Quliyevlə birlikdə bir müddət Rusiya Federasiyasının Perm şəhərində yaşayıb. Hazırda R. Quliyev Permdə işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR