Rusiyanın Murmansk vilayətində koronavirusa yoluxan xəstələrin müalicə olunduğu xəstəxanasında oksigen balonu partlayıb.
APA xəbər verir ki, bu barədə vilayətin Fövqəladə Hallar Xidmətindəki mənbədən RİA Novosti-yə bildirilib.
İlkin məlumatlara görə, partlayış zamanı yanğın qeydə alınmayıb, xəsarət alanlarla bağlı məlumat verilməyib.