Budapeştdə hava limanında iki avtobus toqquşub

Budapeştdə hava limanında iki avtobus toqquşub
# 02 aprel 2018 02:34 (UTC +04:00)

Macarıstanın paytaxtı Budapeştdə, beynəlxalq hava limanında iki sərnişin avtobusu toqquşub.

APA-nın “NV”-yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində ikisi ağır olmaqla, 10 nəfər xəsarət alıb.

Məlumata əsasən, yaralıların əksəriyyəti Macarıstana Rumınıyanın paytaxtı Buxarestdən gələnlərdir.

Qəzanın səbəbləri hələ ki, məlum deyil. Polis faktla bağlı araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR