Məlahət İbrahimqızı: "Niyə NATO öz üzvlərinin enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın müdafiəsi üçün addım atmır?"

Məlahət İbrahimqızı: "Niyə NATO öz üzvlərinin enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın müdafiəsi üçün addım atmır?"
# 29 may 2018 14:56 (UTC +04:00)

Varşavada NATO Parlament Assambleyasının (PA) yaz sessiyasının plenar iclası keçirilib. Polşa prezidenti, baş naziri və Senat sədrinin iştirakı ilə keçirilən plenar iclasda NATO-nun iyulda Brüsseldə keçiriləcək zirvə toplantısının gündəliyi müzakirə olunub.

NATO PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı APA-ya bildirib ki, iclasda sammitdə qəbul olunacaq Bəyannamənin layihəsi də müzakirə edilib.

Toplantıda çıxış edən M. İbrahimqızı Azərbaycanın avroatlantik məkanda rolu, xüsüsən bu məkanın enerji təhlükəsizliyindəki əhəmiyyətini xatırladıb. O, sual verib ki, niyə NATO öz üzvlərinin enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın müdafiəsi ilə bağlı addımlar atmır? “Azərbaycan uzun illərdir separatizmlə, ekstremizmlə, terrorizmlə, işğalçı Ermənistanla mübarizə aparır. Digər tərəfdən də, avroatlantik məkanın enerji təhlükəsizliyində önəmli rola malikdir. Yaxın vaxtlarda Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolu olacaq daha yeni layihələr - TANAP, TAP kimi önəmli layihələr də gerçəkləşdirir”, - deyə M. İbrahimqızı söyləyib.

NATO-nun baş katibi Yens Stolenberq azərbaycanlı deputata cavab verib: “Azərbaycan NATO üçün çox əhəmiyyətli tərəfdaşdır və biz Azərbaycanla tərəfdaşlığımızdan çox razıyıq, bunu yüksək qiymətləndiririk. Keçən il prezident cənab İlham Əliyev Brüsselə rəsmi səfər etdi. Bu səfərdə İlham Əliyevlə NATO-nun baş qərargahında çox önəmli görüşlər keçirildi. Azərbaycanın üzləşdiyi problemi bilirik, lakin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur, biz NATO olaraq bu problemin sülh yolu ilə həll edilməsinə kömək etməyə hazırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR