"Sumqayıt" gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb

"Sumqayıt" gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb
# 09 aprel 2021 10:58 (UTC +04:00)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Sumqayıt” yedək-təchizat gəmisi əsaslı təmir olunub.

ASCO-dan “APA-Economics”ə verilən məlumata görə, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir müddətində gəminin mexanizmləri, boru sistemləri, elektrik mühərrikləri və idarəetmə sistemləri təmir edilib.

Məlumata görə, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar tamamilə yenilənib.

Gəmi tərsanəyə qaldırılaraq avar val, sükan qurğusu, dib-yan armaturları, protektor qurğularının təmiri aparılıb. Gövdənin sualtı və suüstü hissəsində zədələnmiş sahələr dəyişdirilib, gəmi üzrə rəngləmə işləri görülüb.

Mexanizm və elektrik avadanlıqlarının təmiri başa çatdıqdan sonra gəminin dəniz sınağı həyata keçirilib. Sınaq uğurla tamamlanıb, “Sumqayıt” istismara qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR