Berlində diaspor fəalları Azərbaycana dəstək aksiyası keçirib - VİDEO - FOTO

Berlində diaspor fəalları Azərbaycana dəstək aksiyası keçirib - VİDEO  - FOTO
# 26 aprel 2024 15:51 (UTC +04:00)

Bu gün Azərbaycan icması Berlində Brandenburq qapısı önündə Azərbaycana və Azərbaycan Respublikası Prezidentinə dəstək aksiyası keçirib.

APA-nın Berlinə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, "Koroğlu" uvertürasının sədaları altında keçirilən aksiyada Azərbaycan Prezidentinin Ermənistanla sülhə nail olunması üçün ardıcıl səylər göstərdiyi vurğulanıb, Azərbaycana qarşı təzyiq cəhdləri yolverilməz sayılıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun dəvəti ilə, “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib, Almaniya kansleri Olaf Şoltsla görüşüb. Azərbaycan Prezidentinin Almaniyaya səfərindən narahat olan erməni diasporu və bəzi dairələr bu gün Berlindəki Federal Kansler binasında etiraz aksiyası keçirib. Regionda sülh üçün yaxşı imkanların yarandığı, sərhədlərin delimitasiyası prosesinin başlandığı bir vaxtda erməni lobbisi və onların havadarları bu prosesə mane olmağa çalışırlar və aksiyada da bu yöndə təxribat xarakterli şüarlar səsləndirilib.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR