Rusiya paytaxtında koronavirusdan ölüm sayı 1600-ü keçib

Rusiya paytaxtında koronavirusdan ölüm sayı 1600-ü keçib
# 19 may 2020 02:35 (UTC +04:00)

Moskvada koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 71 nəfər dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 1651-ə çatıb.

Qeyd edək ki, Rusiyada indiyədək 290 678 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 8926 nəfər bu virusa yoluxub, 91 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 2722 nəfərdir, indiyədək 70 209 nəfər də sağalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR