Bakı. Fərid Mirzəyev – APA. Görkəmli Azərbaycan ədibi Ceyhun Hacıbəylinin məktublarından ibarət “Qürbətdən gələn səslər” adlı kitab nəşr edilib.
AMEA-dan APA-ya verilən məlumata görə, C. Hacıbəylinin 125 illik yubileyinin keçirilməsinə dair Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən, işıq üzü görən kitabın tərtibçisi Aslan Kənandır. “Şərq-Qərb” nəşriyyatında çap olunan kitabın redaktoru Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov, rəyçisi institutun əməkdaşı Nailə Səmədovadır.