Ucarda iki minik avtomobili toqquşub, yaralanan var
APA Azeri Press Agency

Ucarda iki minik avtomobili toqquşub, yaralanan var

[ 11 Yanvar 2017 22:01 ] | Zahid Abışov

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayon ərazisində qeydə alınıb.  

 

10 LL 586 dövlət nömrə nişanlı "VAZ-2106" markalı  maşınla  61 BE 957 dövlət nömrə nişanlı VAZ-2107 markalı maşın toqquşub.

 

Nəticədə VAZ-2107-nin sürücüsü baş nahiyəsindən xəsarət alıb. Rayon polis şöbəsinin növbətçi hissəsindən hadisənin baş verdiyi təsdiqlənsə də sürücülərin şəxsiyyəti barədə məlumatsız olduqları bildirildi. İlkin ehtimala görə hadisəyə  yüksək sürət səbəb olub.

 

Faktla bağlı rayon polis şöbəsində  araşdırma aparılır.