ARDNF bu il hərraclarda 543,4 mln. dollar satıb - YENİLƏNİB

ARDNF bu il hərraclarda 543,4 mln. dollar satıb - <span style="color: red;">YENİLƏNİB
# 01 mart 2017 12:35 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yanvar-fevral ayları ərzində Mərkəzi Bank tərəfindən keçirilən valyuta hərraclarında 543,4 mln. dollar məbləğində vəsait satıb.

"APA-Economics" ARDNF-in bu gün açıqladığı məlumata istinadən xəbər verir ki, fevralda keçirilən hərraclarda satılan valyutanın həcmi 258,4 mln. dollar təşkil edib.

Bundan öncə açıqlanan məlumata əsasən isə yanvar ayı ərzində Fond valyuta hərraclarının iştirakçılarına 285 mln. dollar satıb.

Rəqəmlərin müqayisəsi göstərir ki, yanvar ayı ilə müqayisədə ötən aykeçirilən valyuta hərraclarında satılan vəsaitin məbləği 9,3% azalıb.

Qeyd edək ki, 2016-cı ildə keçirilən valyuta hərraclarında ARDNF 4,9 mlrd. dollar satıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.

*** SAAT 14:16

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) fevral ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.


ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən "APA-Economics"ə verilən məlumata görə, ötən ay Fond tərəfindən valyuta hərraclarında 258,4 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR