Tovuzun «Turan» futbol klubunun iki oyunçusu xəstəxanaya yerləşdirilib

Tovuzun «Turan» futbol klubunun iki oyunçusu xəstəxanaya yerləşdirilib
# 07 mart 2017 18:08 (UTC +04:00)

Tovuzda fəaliyyət göstərən «Turan» futbol klubunun oyunçusu zəhərlənib. APA-nın qərb bürosunun məlumatına görə, klubun futbolçusu Bakı sakini, 1996-cı il təvəllüdlü Mirkamil Haşımlı komandanın məşq bazasında özünü pis hiss edərək, zəhərlənmə əlaməti ilə Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. M. Haşımlı qida qəbul etdikdən sonra özünü pis hiss etdiyini deyib.

Klubun başqa bir futbolçusu, rayonun Əlimərdanlı kənd sakini 1996-cı il təvəllüdlü Tağıyev Eltay səhhətinin pisləşdiyinə görə xəstəxanaya müraciət edib. Qızdırması olduğu bildirilən futbolçuya tibbi yardım göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR