Dəməşqdə Ədliyyə Sarayında törədilən partlayış nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bun dan əvvəl 31 nəfərin öldüyü, 60 nəfərin yaralandığı bildirilirdi.
Məlumata görə, terrorçu-kamikadze binanın foyesində partlayıcı qurğunu işə salıb.
***
16:09
Dəməşqdə Ədliyyə Sarayında törədilən partlayışda ölənlərin ilkin sayı açıqlanıb.
APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, yerli SANA Agentliyi partlayış nəticəsində azı 25 nəfərin öldüyünü xəbər verib.
Çoxlu sayda yaralının olduğu bildirilir.
***
saat 16.00
Suriyanın paytaxtı Dəməşqdə güclü partlayıb baş verib.
APA-nın RİA "Novosti”-yə istinadən verdiyi xəbərə görə, onlarla insanın öldüyü və yaralandığı bildirilir.
Partlayış Ədliyyə Sarayının binasında baş verib.
Partlayıcı qurğu binanın foyesində işə salınıb.
Ötən həftə Dəməşqdə ikiqat terror aktı nəticəsində 70-dən çox adam ölüb. O zaman terrorçular Bab-əs-Səgir şiə məzarlığı yaxınlığında toplaşan kütlə içində partlayıcı qurğuları işə salıblar.