BANM-də Xonça festivalı keçirilib

BANM-də Xonça festivalı keçirilib
# 17 mart 2017 07:18 (UTC +04:00)

Bakı Ali Neft Məktəbində (BANM) Novruz bayramına həsr olunmuş Xonça festivalı keçirilib.

BANM-dən APA-ya bildirilib ki, Ali Məktəbin İngilis dili və humanitar fənlər mərkəzinin təşkil olunan tədbirdə tələbələr 14 müxtəlif komanda tərkibində iştirak edib.

Festival çərçivəsində üç müsabiqə - xonça, yumurta döyüşü və şirniyyatın sürətlə yeyilməsi müsabiqəsi təşkil olunub. Festivalda tələbələr tərəfindən bəzədilmiş rəmzi məna daşıyan 20 xonça təqdim edilib.

Xonça müsabiqəsində “İngilis N2” qrupu qalib gəlib, yumurta döyüşü müsabiqəsinin qalibi BANM-in “Neft-Qaz Mühəndisliyi” ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Asəf Səfərov olub. Şirniyyatların sürətlə yeyilməsi müsabiqəsində Ali Məktəbin “Kimya Mühəndisliyi” ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Fərid Tağıyev qalib gəlib.

BANM-in rektoru Elmar Qasımov qalib gəlmiş tələbələri xüsusi qeyd edərək bütün festival iştirakçılarını Novruz bayramı münasibəti ilə təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR