Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
# 08 may 2024 18:30 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq İşəgötürənlər Təşkilatının baş katibi Roberto Suarez Santosun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində son illər aparılan islahatlar və əldə olunan uğurlar barədə məlumat verib. İcra olunan aktiv məşğulluq proqramlarını, əmək bazarının tələblərinə uyğun peşə hazırlığının təşkili istiqamətində görülən işləri diqqətə çatdırılıb.

Ölkəmizin işğaldan azad edilmiş ərazilərində aparılan geniş quruculuq işləri, habelə həmin ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı məqsədilə həyata keçirilən məşğulluq tədbirləri qeyd edilib. Əmək və məşğulluq sahəsində islahatlar prosesində, aktiv məşğulluq proqramlarının icrasında işəgötürənlərlə fəal əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

R.S.Santos ölkəmizə səfərindən məmnunluğunu bildirib, əmək və məşğulluq sahəsində qurumlar arasında əməkdaşlığın önəmini qeyd edib. Görüşdə Nazirliklə Beynəlxalq İşəgötürənlər Təşkilatı arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR