Hacıqabulda 1000-ə qədər cücə tələf olub

Hacıqabulda 1000-ə qədər cücə tələf olub
# 17 aprel 2017 16:33 (UTC +04:00)

Hacıqabuldakı fərdi təsərrüfatda 850 ədəd cücə tələf olub.

APA-nın Mil-Muğan brosunun məlumatına görə, Hacıqabul rayon sakini Rövşən Xəlifəyevə məxsus fərdi təsərrüfatda 850 ədəd cücə tələf olub. Təsərrüfat sahibi yemdən şübhələnir. O, mağazadan aldığı yemi cücələrə verdikdən sonra onlar qırılıb. İki gün ərzində 850 cücənin öldüyünü söyləyən R. Xəlfiyev deyib ki, cücə yeminin vaxtı keçmiş ola bilər.

Hacıqabul baytarlıq idarəsindən bildirilib ki, cücələrdən və yemdən götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR