Terrorçuluğa görə məhkum olunmuş şəxslər Rusiya vətəndaşlığından məhrum edilə bilərlər

Terrorçuluğa görə məhkum olunmuş şəxslər Rusiya vətəndaşlığından məhrum edilə bilərlər
# 18 aprel 2017 23:32 (UTC +04:00)

Terrorçuluğa görə məhkum olunmuş şəxslərin Rusiya vətəndaşlığından məhrum edilməsini nəzərdə tutan qanun layihəsi Dövlət Dumasına təqdim edilib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, sənəd Dumadakı dörd fraksiyanın liderləri tərəfindən təqdim edilərək, qanun layihələri bazasına əlavə olunub.

Federal qanun layihəsi Vladimir Vasilyev (“Vahid Rusiya”), Gennadi Züqanov (Kommunist Partiyası), Vladimir Jirinovski (Liberal-Demokratik Partiya) və Sergey Mironov (Ədalətli Rusiya) tərəfindən təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR