Amerikalı pop-ulduz Nikol Şerzinger Bakıya gələcək

Amerikalı pop-ulduz Nikol Şerzinger Bakıya gələcək
# 02 may 2017 14:41 (UTC +04:00)

İyunun 23-25 də Bakıda keçiriləcək növbəti Formula 1 yarışlarının Qran Pri mərhələsi çərçivəsində təşkil olunacaq konsertdə çıxış edəcək ifaçıların adları məlum olub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarainin APA-ya verdiyi məlumata görə, şou proqramda amerikalı pop-ulduz Nikol Şerzinger pərəstişkarları qarşısında çıxış edəcək.

Bundan başqa, gecədə “The Black Eyed Peas” qrupu da səhnədə yer alacaq.

Şou-proqram iyunun 24-də Dənizkənarı Milli Parkda baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR