Bu gün Çin hökuməti cümə günündən davam edən leysan yağışlarla əlaqədar paytaxt Pekində sarı təhlükə səviyyəsi elan edib .
APA-nın məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Pekinin bir sıra rayonlarında subasma, sel ıə torpaq sürüşməsi təhlükəsi var. Hakimiyyət təhlükəsizlik tədbirləri çərçivəsində 184 turist obyektini bağlayıb, o cümlədən Pekin ətrafında Badalin rayonunda Böyük Çin səddinə səfərləri dayandırıb.