Mingəçevirdə xeyli sayda hərbi sursat tapılıb

Mingəçevirdə xeyli sayda hərbi sursat tapılıb
# 17 aprel 2018 09:44 (UTC +04:00)

Mingəçevirdə xeyli sayda hərbi sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən Şəfa bağlar sahəsində nömrəsi silinmiş “Karabin” markalı tüfəng, 3 ədəd patron darağı, 2 ədəd “F-1” markalı qumbara, 2 ədəd qumbara alışdırıcısı və 101 ədəd müxtəlif çaplı patron aşkarlanıb.

Bundan başqa Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən şəhər sakini Mehman Hüseynovdan “İJ-16” markalı tüfəng götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR