İndoneziyada yaşayış binasında partlayış baş verib

İndoneziyada yaşayış binasında partlayış baş verib
# 14 may 2018 02:53 (UTC +04:00)

İndoneziyanın Yava ştatında yaşayış binasında partlayış baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Sidoarco şəhərində yerləşən yaşayış kompleksində qeyd alınıb.

İlkin məlumata əsasən, mənzillərdən birində əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində biri yeniyetmə olmaqla, 3 nəfər ölüb. Partlayış zamanı mənzildə olan iki uşaq sağ qalıb.

Qeyd edək ki, mayın 13-də İndoneziyanın Yava adasında yerləşən kilsələrdə törədilən partlayışlar nəticəsində 11 nəfər ölüb, 40-dan çoxu yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR