Muxtar Babayev Bərdədə vətəndaşları qəbul edəcək

Muxtar Babayev Bərdədə vətəndaşları qəbul edəcək
# 15 may 2018 10:47 (UTC +04:00)

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev mayın 25-də Bərdə şəhərində vətəndaşları qəbul edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul Yeni Azərbaycan Partiyasının Bərdə təşkilatının binasında baş tutacaq.

Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonlarının sakinləri qəbulda iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, ETSN-nin 168 saylı “Qaynar xətt”i, 12 saylı (Bərdə) ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR