İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi parkı açılıb

İstanbulda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi parkı açılıb
# 15 may 2018 11:56 (UTC +04:00)

İstanbulun Maltepe rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi adlı park açılıb.

APA-nın məlumatına görə, parkın açılış mərasimində çıxış edən Maltepe bələdiyyəsinin sədri Əli Kılıç Azərbaycan-Türkiyə münasibətlərindən danışıb. O, parkın açılmasının bu münasibətlərin inkişafının nəticəsi kimi qiymətləndirib.

Bələdiyyə sədri bildirib ki, bu gün Fələstində baş verən faciələr bir neçə il əvvəl Qarabağda yaşanıb: “Qarabağın işğaldan azad olunması istiqamətində hər zaman dəstəyimizi göstərəcəyik”.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim və digər çıxışçılar iki qardaş ölkənin münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR