ETSN: Bayılda evlərin dağılmasına yamacın antropogen yüklənməsi səbəb olub

ETSN: Bayılda evlərin dağılmasına yamacın antropogen yüklənməsi səbəb olub
# 16 may 2018 09:44 (UTC +04:00)

"İlkin ehtimala görə, Bayıl yaşayış sahəsi, Buxta küçəsində evlərin dağılmasına yamacın antropogen yüklənməsi səbəb olub".


APA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyanın dəstə rəisi Rafiq Həsənov deyib.


O qeyd edib ki, kanalizasiya xətlərindən sızmalar ərazinin geologiyasını təşkil edən suxurların yuyulmasına təsir edib: "İlkin rəy budur, araşdırmalar davam etdirilir. Buna birmənalı olaraq sürüşmə hadisəsi demək olmaz. Antropogen təsirdən qrunt aşınıb, çöküb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR