Nazir: "Fermerlərə dövlət dəstəyi şəffaf və innovativ yolla verilməlidir"

Nazir: "Fermerlərə dövlət dəstəyi şəffaf və innovativ yolla verilməlidir"
# 08 iyun 2018 09:49 (UTC +04:00)

"Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyəti təkmilləşdiriləcək".

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında çıxışı zamanı kənd təsərrüfatı naziri İnam Kərimov deyib. O bildirib ki, universitetinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübə öyrəniləcək.

Nazirin sözlərinə görə, Azərbaycanda dövlət tərəfindən fermerlərə dəstək göstərilir: "Dövlət tərəfindən fermerlərə verilən dəstək mütəşəkkil, şəffaf və innovativ yolla həyata keçirilməlidir. Bu, bizim əsas məqsədimizdir".

İ. Kərimov qeyd edib ki, aqrar sahənin inkişafı üçün kəndli və fermerlərə yaxınlıq, kənd təsərrüfatı sahəsində səmərəli idarəçilik və beynəlxalq təcrübənin tətbiqi əsas götürülüb.

Nazir AMEA və Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən birgə elmi araşdırmaların aparılmasının zəruriliyini vurğulayıb. O əlavə edib ki, birgə aparılacaq elmi araşdırmaların nəticələri əsasında kənd təsərrüfatı sahəsində kompleks tədbirlər həyata keçirilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR